Cihad Taha Əl-Ərəbi telekanalına verdiyi müsahibədə əlavə edib: Fələstin xalqı üçün faydalı olan hər hansı ideya və təklifi alqışlayırıq.
Qəzza zolağındakı HƏMAS hərəkatının rəhbəri daha əvvəl verdiyi açıqlamada ikili vətəndaşlığı olan əsir əsgər Aidan Aleksandrın atəşkəsin yaradılması səyləri çərçivəsində azad ediləcəyini açıqlamışdı.
Xəlil əl-Həyyə bəyanatında əlavə edib: Vasitəçilərin atəşkəs yaratmaq səyləri çərçivəsində HƏMAS hərəkatı son günlərdə ABŞ hökuməti ilə əlaqə yaradıb və hərəkat yüksək səviyyədə xoşməramlılıq nümayiş etdirib.
O əlavə edib: Bu danışıqlara əsasən, Qəzza zolağında əsir götürülmüş ikili vətəndaşlığı olan əsgər Aidan Aleksandr atəşkəsin yaradılması, keçidlərin açılması və yardımların Qəzza zolağına daxil olması üçün atılan addımlar çərçivəsində azad ediləcək.
Sizin rəyiniz